AZ

Salah bu klubda oynamaq istəyir

“Liverpul”un futbolçusu Məhəmməd Salah “Barselona”da oynamaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb. Misirli hücumçunun təmsilçiləri artıq kataloniyalılarla əlaqə saxlayıb və onlara Salahın xidmətini təklif edib.

“Barselona” maliyyə problemləri yaşayır və bu səbəbdən indiki məqamda Salahın transferi haqda düşünmür. Lakin maddi durum düzəlsə, klub onunla danışıqlara başlayacaq.

Misir millisinin də üzvü olan forvard bu mövsüm 39 oyunda 30 qol vurub, 22 məhsuldar ötürmə edib.

Seçilən
27
futbolpress.az

1Mənbələr