AZ

Bu ərazidə işıq olmayacaq

Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

 

Bu barədə Sfera.az muxtar respublikanın Dövlət Energetika Xidmətinə istinadən xəbər verir.

 

Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli Fərmanına əsasən, Naxçıvan MR Dövlət Energetika Xidmətinin funksiyalarının "Azərenerji" və "Azərişıq" ASC-yə ötürülməsi əlaqədar elektrik yarımstansiyalarında cəmiyyətlərin balans mənsubiyyətli sərhədlərində elektrik sayğaclarının quraşdırılması məqsədilə Şərur rayonunun bir hissəsində sabah saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində qısa fasilə yaranacaq.

 

Seçilən
46
15
sfera.az

10Mənbələr