1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Şamaxı" klubu baş məşqçisi Ayxan Abbasovla müqaviləni uzatmaq qərarına gəlib.
Oxu.Az Sportlife.az-a istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis qarşıdakı mövsümdə də komandaya başçılıq edəcək. Onunla birillik müqavilə imzalanıb.
Qeyd edək ki, Ayxan Abbasov ötən ilin yayından "Şamaxı"nın baş məşqçisidir.