AZ

“Barselona” Salahla maraqlanıb – danışıqlar baş tutmayıb

“Barselona” Muhammed Salahlı heyətinə qatmaq istəyib.

İdmanxeber.az-ın məlumatına görə, 2024-cü ildə futbolçunun ətrafı ilə klub arasında ilk təmaslar baş tutub. Lakin konkret təklif və danışıqlar olmayıb. 

“Barselona”nın yenidən misirli hücumçu üçün hərəkətə keçib-keçməyəcəyi bəlli deyil.  Bildirilir ki, Səudiyyə Ərəbistanı klubları da Salahla müqavilə bağlamaqda maraqlıdır – xüsusən də “Əl-Hilal” misirliyə mövsüm üçün 50 milyon avro ödəməyə hazırdır.

Futbolçunun “Liverpul”la hazırkı müqaviləsi iyunun sonunda başa çatacaq.

Seçilən
13
idmanxeber.az

1Mənbələr