"Fiziyevin tam hazırlıq üçün vaxtı yox idi. Buna baxmayaraq, o, layiqli çıxış etdi, "va-bank"a getdi"

Offsideplus.az xəbər verir ki, bu sözləri MMA üzrə Axmat Mütləq Çempionatının (ACA) vitse-prezidenti Aslanbek Badayev deyib.

Azərbaycanlı idmançı Rafael Fiziyevin UFC313 yarışında amerikalı Castin Qeyci ilə döyüşü barədə təəssüratlarını bölüşən A.Badayev həmvətənimizin qələbə fürsətini əldən buraxdığını bildirib: "Rafael birinci raundda rəqibini əzişdirmək istəyirdi. Ancaq başa düşmürəm ki, o, Qeycini "üçbucaq"dan niyə buraxdı - bu, yaxşı mövqe idi. Həmin epizodda Rafael çevrilməli, fənd işlətməli və işi bitirməli idi. Castin dərhal bayılardı... Həbib Nurmaqomedovla görüşdə olduğu kimi... Düzdür, Rafaeli Həbiblə müqayisə etmək olmaz. Amma onun da yaxşı bazası var. Rəqibi "üçbucağ"ı sıxdınsa, daha çətin heç nə qalmır. Fiziyev qrepplinqlə məşğul olur, o, belə epizodları dəyərləndirməli idi".

A.Badayevin sözlərinə görə, UFC azarkeşləri idmançımızı sevirlər: "Fiziyev sprinterdir, 5 raundluq döyüşləri xoşlamır. Söhbət təkcə fiziki hazırlıqdan getmir. Ona top idmançılardan kiminləsə döyüşmək şansı verəcəklər? UFC rəhbərliyi Rafaelin döyüşə az qalmansına baxmayaraq, Las Veqasa gəlməsini qiymətləndirir. O, maraqlı oğlandır, azarkeşləri ələ almağı bacarır, baxımlı döyüş göstərir. Ancaq mən onu çempion qismində görmürəm".

Qeyd edək ki, R.Fiziyev C.Qeyciyə hakimlərin yekdil qərarı ilə uduzub.