AZ

Bayram günlərində nə yeyək? - Həkim MƏSLƏHƏTİ

Bayram günlərində insanlar adətən orucdan sonra daha çox və müxtəlif qidalar yeyirlər. Bu, bədənin normalda alışmadığı bir vəziyyətə girməsinə səbəb ola bilər. Bayramda yediyimiz qidaların yaratdığı bəzi fəsadlar bunlar ola bilər. Bayramda çoxlu şirniyyat, yağlı və ağır yeməklər istehlak edildikdə həzm sistemi yüklənir. Bu da şişkinlik, qaz, mədə ağrısı və həzmsizlik kimi problemlərə səbəb ola bilər. 

Yağlı qidaların və yüksək duzlu yeməklərin istehlakı ürək və damar problemləri riskini artıra bilər. Həmçinin, bayramda daha çox spirtli içkilərin qəbul edilməsi də bu riskləri artırır.

Bayramda qidalanmanı daha sağlam bir şəkildə tənzimləmək üçün, porsiyaları kiçik tutmaq, çox yeməkdən çəkinmək, su içməyə diqqət etmək və yediklərimizi balanslı şəkildə seçmək faydalı olar.

Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bildirib ki, artıq çəki ilə mübarizədə ən əsası kalori defisiti yaratmaqdır, yəni xərclədiyiniz kalori aldığınızdan həmişə çox olmalıdır. Bu zaman, artıq çəki dediyimiz iç və dəri altı yağlar toplanmağa imkan tapmadan parçalanıb gedəcək. Novruz bayramında karbohidrat axını baş verəcək. Belə ki, çox miqdarda şirniyyat məhsullarından istifadə, bayram günləri, bel çevrənizin piylənməsi üçün ideal şərait yarada bilər.

Emin Məmmədov deyib ki, sağlam yağlardan qorxaq lazım deyil. Bizdə italyanlar  kimi aralıq dəniz pəhrizini təbliğ etməliyik. Bu pəhriz növünün insan sağlamlığına müsbət  təsirlərinə dair sübut və  tədqiqatlar vardır. İnsanlar acanda qızardılmış çörəyin üzərinə zeytun yağını çəkib yesələr, sağlam qalacaqlarına əmin ola bilərlər. Hər gün aktiv templə azı 40 dəqiqə yürüş etmək həm fiziki, həm də psixi sağlam qalmağa faydalıdır.

Səhər yeməyinin insana bir çox faydası var, amma bir şərtlə ki, çox zərərli bir vərdiş olduğundan səhərlər şirin çay içməyi unutmaq lazımdır. Sadə təzə dəmli çay kifayət edir. 

Belə ki, yumurta, qaymaq, şor, pendir yeyərək balanslı protein, az miqdarda yağ, şəkər yeyirik, bu qida maddələrinin bölgüsünə fikir verəndə aydın olur ki, səhər yeməyi sağlam qidalanma baxımından çox vacib bir ənənədir.

Zərif Sofiyeva

Seçilən
19
modern.az

1Mənbələr