Azərbaycan son günlər dost və tərəfdaş ölkələrlə diplomatik əlaqələri və danışıqları intensivləşdirib. Beynəlxalq və regionda siyasi proseslər hər keçən gün dəyişir. Rusiya- Ukrayna müharibəsi, ABŞ-ın prezidenti D. Trampın apardığı siyasət beynəlxalq müstəvidə yeni siyasi nizamı ciddi şəkildə dəyişib. Hər bir ölkənin təhlükəsizliy qayğıları və riskləri artıb. Prezidentin köməkçisi Hikimət Hacıyevin İsrail, Türkiyə və Böyük Britaniyaya səfərləri Azərbaycanla bu ölkələri arasında siyasi və təhlükəsizlik əlaqələrini inkişaf etdirir. Azərbaycan yeni təhlükəsizlik və siyasi çağırışlara cavab verəcək yeni siyasi mərhələyə başlayır.
Qeyd edim ki, ABŞ prezidenti D. Tramp Qarabağ erməniləri ilə bağlı açıqlamaları olub. Erməni lobbisi və Kilkiya erməni Bas keşişi Aramla D. Trampla iki dəfə danışıqları baş tutub. Hazırda erməni lobbisinin Ağ Ev komandası ilə əlaqələri yaxşılaşdirmağa çalışır. Azərbaycan erməni lobbisindən daha çevik olmalı və Bayden adminstrasiyasından fəqrli olaraq, D.Trampın Ermənistana dəstəyinin vaxtında qarşısını almalıdır
Rəsmi Bakının ABŞ-ın Azərbaycana qarşı 907-ci sanksiyasını qaldırmasını və Bakı ilə əlaqələri inkişaf etdirmək üçün mümkün olan siyasi əlaqələri inkişaf etdirməsi labüddür.
D.Tramp və administrasiyası İsrailə böyük rəğbət bəsləyir. İsrailin Knessetində və bir neçə Ravvin Azərbaycanla bağlı Ağ Eve müraciət edib. Ünvanlanan müraciətin Ağ Ev də müsbət təsiri olacağı mümkündür. D.Trampla əlaqələri inkişaf etdirmək Azərbaycana mümkün risklərin qarşısını almağa kömək edə bilər. Ünvanlanan müraciətdə Azərbaycanın da "İbrahim sazişinə" qoşulması təklif edilib. Məhz "İbrahim sazişi" D. Trampın layihəsidir və bununla Azərbaycanın tərəfdaş və etimadlı bir ölkə olduğu Ağ Evin diqqətinə çatdırılır.
Böyük Britaniya ilə əlaqələr Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Türkiyə, Böyük Britaniya və İsrail Azərbaycanın yaxin strateji tərəfdaşıdır. Azərbaycan xarici siyasətində çox uğurlu işlər aparır. Bunun nəticəsində Azərbaycana yaxın perspektivdə ciddi siyasi təzyiqlər gözlənilmir.
Azərbaycan həm müsəlman ölkələri ilə, həm də Türk dövlətləri ilə yanaşı Böyük Britaniya -İsrail-ABŞ-la siyasi əlaqələri kordinasiyalı etməyə çalışır. Bu, diplomatik hərəkətlilik Azərbaycana Ermənistan üzərində siyasi basqıları artıracaq.
Məhəmməd Əsədullazadə, siyasi ekspert
visiontv.az