Mövzu ilə bağlı politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, qəbul edilən qətnamə Azərbaycan üçün boş bir kağız parçası olacaq:
"Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra, öz ərazisindən qeyri-qanuni silahlı dəstələri çıxardıqdan sonra onlara rəhbərlik edən və Azərbaycanlıların qanının tökülməsində birbaşa iştirak edən erməniləri ərazisindən çıxardıb və həbs edib. Onlar bugün məhkəmə qarşısında cavab verirlər. Həmin 23 erməni adi əsirlər deyil. Azərbaycana qarşı cinayət törətmiş vəzifəli şəxslərdir. Bugün məhkəmədə onlar açıq etiraf edirlər ki, nələr ediblər. Məhkəmə prosesi davam etdiyi halda Avropa İttifaqı təbii ki, Azərbaycana qarşı qarayaxma kampaniyaları aparır. 12 martda parlament qarşısında bu vəziyyət müzakirə ediləcək, qətnamə çıxardacaqlar ki, bu əsirlər təcili azad edilsin. Biz bunu Avropa parlamentindən dəfələrlə görmüşük ki, onlar Azərbaycana qarşı kin və küdurət dolu bəyanatlarla çıxış edib. Azərbaycan deputatları həmin parlamentdə ildən çoxdur ki, iştirak etmirlər. Biz Avropanın istəyi ilə yaşamır, onların dediklərinə əsasən siyasət qurmuruq. Çünki onların dedikləri həm insanlığa, həm sülhə, həm dövlətçiliyə ziyanlı məsələlərdir. Belə halda təbii ki, Avropa parlamentinin qərarı bizim üçün heç bir əhəmiyyət daşımır. Bizim üçün ən əsası odur ki, düşmənlər məğlub oldu, bizə qarşı döyüşən separatçı qüvvələrin başçıları məhkəmə qarşısında cavab verir. Azərbaycanın daxili işlərinə müdaxilə etməsi, gərginlik yaratması , Azərbaycan və Ermənistan arasında gərginliyi artırmaq əbəsdir. Hesab edirəm ki, onların qəbul etdikləri qətnamə Azərbaycan üçün boş bir kağız parçası olacaq. Azərbaycanda buna heç bir reaksiya verməyəcək . Hətta onlar istəyir ki, Amerika bu məsələyə qarışsın, Trampı da bu məsələyə tərk etsinlər ki, bəs milyarder Ruben Vardanyan Azərbaycanda əsirdir. Trampda biznesmen insandır və gələcəkdə deyə bilər ki Azərbaycan bu əsirləri buraxsın. Hesab edirəm ki, Azərbaycanlıların qanını tökən cinayətkarlar ədalət məhkəməsi qarşısında cavab verib və layiqli cəzalarını alacaqlar".
Zeynəb Mustafazadə
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta