Filippin təhlükəsizlik qüvvələri Filippinin keçmiş prezidenti Rodriqo Duterteni Honq-Konqdan gəldikdən qısa müddət sonra Maniladakı Ninoy Aquino beynəlxalq hava limanında saxlayıb.
News24.az xəbər verir ki, bu barədə Filippin hökumətinin məlumatında qeyd edilir.
Məlumata görə, keçmiş prezident İnterpol tərəfindən insanlığa qarşı cinayətlərə görə qırmızı elanla axtarışa verilib.
Dutertenin tərəfdarları keçmiş prezidentin “konstitusion hüquqlarının pozulduğunu” əsas gətirərək həbs qərarına etiraz ediblər.
Filippin Prezidentinin Adminstrasiyası Dutertenin özünü yaxşı hiss etdiyini bildirib.
Qeyd olunur ki, Dutertenin Honq-Konqdan qayıdarkən saxlanılması üçün azı 7 min polis məmuru səfərbər edilib.
Aynurə