AZ

İnnosent Nşuti Ruanda yığmasına dəvət aldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail”in hücumçusu İnnosent Nşuti Ruanda yığmasına dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Ruanda millisi DÇ-2026-nın seçmə mərhələsində Nigeriya və Lesoto ilə üz-üzə gələcək. Nigeriya ilə qarşılaşma martın 21-də, Lesoto ilə görüş isə ayın 25-də baş tutacaq. Hər iki oyun Ruandada keçiriləcək.

Xatırladaq ki, İnnosent Nşuti bu ilin yanvar ayında azad agent kimi “Səbail”ə cəlb olunub. “Dənizçilər”lə 27 yaşlı futbolçu arasında mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

İnnosent Nşuti peşəkar karyerasına Ruandanın APR klubunda başlayıb. Tunisin “Stade Tunisien” klubunda da forma geyinmiş futbolçunun sonuncu iş yeri “One Knoxville” klubu olub. O, 2024-cü ilin yanvar ayından formasını geyindiyi Amerika Birləşmiş Ştatları klubundan həmin ilin dekabrında azad agent kimi ayrılıb. 26 yaşlı forvard bu komandanın heyətində meydana çıxdığı 20 oyunda cəmi 1 assistlə yadda qalıb.

Nşuti 2021-ci ilin noyabr ayında debüt etdiyi Ruanda yığma komandasının heyətində 16 oyuna çıxıb, 4 qola imza atıb.

Seçilən
13
arena.az

1Mənbələr