AZ

“Benevento” baş məşqçisini dəyişdi

İtaliyanın "Benevento" klubunda baş məşqçi dəyişikliyi baş verib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mişel Pazienza cəmi beş oyun çalışdıqdan sonra istefa verib. O, bu müddət ərzində yalnız bir qalibiyyət qazana bilib, bir dəfə heç-heçə edib və üç oyunda məğlub olub.

Bu nəticələr klub rəhbərliyi tərəfindən qeyri-qənaətbəxş hesab edilib və nəticədə, daha əvvəl "Benevento"nu çalışdıran Qaetano Auteri yenidən komandaya dəvət olunub.

Qeyd edək ki, "Benevento" bir müddət əvvəl tarixində ilk dəfə A Seriyasına yüksəlsə də, sonradan İtaliyanın üçüncü ən güclü divizionu olan C Seriyasına düşüb. Hazırda komanda turnir cədvəlinin dördüncü pilləsində yer alır və liderdən 14 xal geridədir.

Seçilən
25
90deqiqe.az

1Mənbələr