1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Prezident İlham Əliyev "Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 21 fevral 2025-ci il tarixli fərmanının icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.
President.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanda "Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı" genişləndirilib.
Siyahıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinin sədri əlavə edilib.
O, həmçinin "Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"na əlavə olunub.