AZ

Azərbaycanda işçilərə iş yerlərindəki korrupsiya haqqında məlumatı - VERMƏYİ ÖYRƏDƏCƏKLƏR

Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə yeni qaydalar tətbiq ediləcək. Korrupsiya cinayətlərinə nəzarətin sahəsi artacaq, iş yerlərində korrupsiyanın aşkar edilməsi üçün yeni mexanizmlər quralacaq, korrupsiya barədə məlumat verən işçilər isə daha yaxşı qorunacaq.

FED.az xəbər verir ki, bütün bunlar “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb. Dəyişikliklər artıq Milli Məclis tərəfindən qəbul edilib təsdiqlənib və onun dövlət başçısı tərəfindən təsdiqlənəcəyi gözlənilir.

Qanunda ən maraqlı yeniliklərdən biri idarə və təşkilatlarda, həmçinin dövlət şirkətlərində işçilərin korrupsiya barədə məlumat verməyə cəlb edilməsi haqqındadır.

Qanuna görə, bütün idarə və təşkilatlarda işçilərin korrupsiya haqqında məlumat verməsi üçün imkanlar yaradılmalıdır.

Sənəddə bildirilir ki, idarə və təşkilat rəhbərləri korrupsiya haqqında məlumatların idarədaxili qaydada verilməsi üçün mexanizm müəyyən etməlidirlər.

Eyni zamanda bütün işçilərə hökmən məlumat verilməlidir ki, onlar korrupsiya haqqında məlumatları hara və necə verə bilərlər.

Yəni bütün dövlət qurumlarında və dövlət təşkilatlarında tədbirlər keçiriləcək və işçilərə məlumat veriləcək ki, korrupsiya haqqında məlumatları hansı quruma necə vermək lazımdır, bu qurumlara necə müraciət etmək tələb olunur, bu işlərə hansı qaydada baxılır. Eyni zamanda işçilərə məlumat verələcək ki, korrupsiya haqqında xəbər verən işçilərin hüquqları necə qorunacaq.

Başqa sözlə, bütün qurumlarda işçilərə korrupsiya haqqında məlumat verməyin yolları və bu məlumatı verən şəxslərin necə qorunduğu barədə izahat veriləcək.

Seçilən
20
fed.az

1Mənbələr