AZ

Trampın "50 qələbəsi"

Ağ Evin saytında yayılan məlumata görə, Tramp sadalanan hadisələri özünün əsas “qələbələri” hesab edir. Bunlardan biri indiyə qədər görünməmiş sərhəd təhlükəsizliyinin təmin edilməsidir. Həmçinin, qanunsuz əcnəbilərin, qatillərin, təcavüzkarların və narkotik alverçilərinin kütləvi surətdə deportasiyası da siyahıya düşüb.

Trampın sayəsində Kiyevin tankları "əbədi təmirə" göndərildi
Amerikanın yerli fəhlə və işçiləri üçün qaydaların "bərabərləşdirilməsi" də ciddi uğur sayılıb. Bundan başqa, ABŞ-də milyardlarla dollar dəyərində yeni investisiyaların peyda olması Trampın əsas qələbələri siyahısındadır.

Ağ Ev onu da bəyan edib ki, Tramp hakimiyyətdə olduğu 50 gün ərzində Rusiya və Ukrayna arasında müharibənin dayandırılması prosesində ciddi irəliləyiş əldə edə bilib. Bu tezis Trampın “qələbələr” siyahısında 16-cı yeri tutur. Onun bütün dünyada sülhə can atdığı qeyd olunur: "Prezident Tramp sülhə nail olmaq üçün Səudiyyə Ərəbistanında tarixi sülh təmasları zamanı Rusiya və Ukraynanı danışıqlar masasına oturtdu".

Həmçinin qələbələr siyahısında "kağız siyasəti", qəpik istehsalına son qoyulması, ingilis dilinin rəsmi dil elan edilməsi və cəmiyyətdə yalnız iki cinsin olmasının qanunla təsbit edilməsi də var.
Tural Tağıyev
AzVision.az

Seçilən
8
azvision.az

1Mənbələr