AZ

Sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olmasına dair meyarlar təsdiqlənib

Nazirlər Kabineti “Sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olması və ya ola bilməsinə dair meyarlar”nı təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, meyarlar Rəqabət Məcəlləsinə uyğun hazırlanıb, sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olması və ya ola bilməsinə dair meyarları müəyyən edir. Qaydalarda istifadə olunan anlayışlar Məcəllədə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.

Qərara əsasən, üfüqi sazişlərin bağlanılması nəticəsində Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla sazişin bağlanıldığı andan etibarən aşağıdakı hallardan azı ikisi müəyyən edildikdə həmin sazişlər rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən sazişlər hesab edilir:

- azı 90-180 gün ərzində müvafiq bazarda saziş iştirakçısı olmayan təsərrüfat subyektlərinin birgə bazar paylarının azı otuz beş faiz azalması və saziş iştirakçılarının birgə bazar paylarının müvafiq olaraq artması;

-azı 90-180 gün ərzində müvafiq bazarda saziş iştirakçısı olmayan təsərrüfat subyektlərindən iyirmi faiz və ya daha çoxunun bazardan çıxması və müvafiq bazarda təmərküzləşmə səviyyəsinin yüksəlməsi;

- azı 120-365 gün ərzində müvafiq bazarda qiymətlərin istehlakçıların əleyhinə məqsədli və mütəmadi olaraq artması (aylıq inflyasiya səviyyəsinin qiymətlərə təsiri istisna olmaqla);

- azı 365 gün ərzində müvafiq bazarda saziş iştirakçısı olan təsərrüfat subyektlərinin tətbiq etdiyi qiymətlər arasında yüksək və müsbət korrelyasiyanın (korrelyasiya əmsalının 0.7-dən yüksək olması) müşahidə edilməsi;

- azı 120-365 gün ərzində müvafiq bazarda məhsul çeşidlərinin iyirmi faiz və ya daha çox azalması;

- alıcıların alıcı güclərindən istifadəsi nəticəsində satıcıların mənfəət marjalarının azı 90-180 gün ərzində məqsədli və mütəmadi olaraq azalmasına baxmayaraq, alıcıların mənfəət marjalarının yüksəlməsi;

Seçilən
73
16
aznews.az

10Mənbələr