ABŞ prezidenti Donald Tramp İlon Maska dəstək vermək üçün “Tesla” avtomobillərdən birini alacağını açıqlayıb.
İndex.az xəbər verir ki, İlon Maskın siyasi şəxsiyyətindən qaynaqlanan reaksiya səbəbilə “Tesla”nın səhmləri son 4 ildə ən aşağı səviyyəyə enib.
Tramp hansı “Tesla” modelini alacağını açıqlamayıb.
Donald Trampın seçki kampaniyasına on milyonlarla dollar xərcləyən İlon Mask dövlətin kiçilməsi üçün prezidentin missiyasını üzərinə götürüb.