AZ

Gürcüstanın kurort şəhərləri olan Batumi və Kobuleti boru kəməri qəzası səbəbindən qazsız qalıb



TASS xəbər verir ki, magistral qaz kəmərlərindən birində baş vermiş qəza nəticəsində Gürcüstanın Batumi və Kobuleti kurort şəhərləri, həmçinin Xelvaçauri kəndi qazsız qalıb.

Qeyd olunur ki, Tsetsxlauri kəndi yaxınlığında bu kurort şəhərlərini qazla təmin edən mərkəzi qaz xətti zədələnib. Artıq bir qrup mütəxəssis qəzanın nəticələrinin aradan qaldırılması üzərində işləyir.
Socar Georgia Gas qazpaylayıcı şirkətinin məlumatına görə, Batumi, Kobuleti və Xelvaçauriyə qazın nəqli martın 12-dən gec olmayaraq bərpa olunacaq.

aia.az
Tərcümə şöbəsi



Seçilən
22
aia.az

1Mənbələr