Paytaxtın Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 11-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 11-XX-011 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət edib. Kadrdan da aydın görünür ki, sürücü sıxlıqda dayanmaq istəmədiyi üçün qarşı tərəfə keçib.
Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, 4 bal və 150 manat cəriməylə nəticələnir.
Bakı şəhər DYP İdarəsindən Avtosfer.az-a bildirildi ki, artıq həmin sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.
Nərmin