AZ

Dzyuba tarixi rekorda imza atmasına belə münasibət bildirdi

Rusiyanın "Akron" klubunun hücumçusu Artyom Dzyuba sabiq forvard Aleksandr Kerjakovu geridə qoyaraq mütləq rekordçuya çevrilməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, peşəkar karyerasında 234-cü qolunu vuraraq Rusiya futbolu tarixinin ən yaxşı bombardiri ünvanına sahib çıxan 36 yaşlı oyunçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Sizsiz bu rekord heç vaxt reallaşa bilməzdi. Ailəmə, yaxınlarıma, məni karyeram ərzində istənilən anda dəstəkləyənlərə minnətdaram. Sizi çox dəyərləndirir və çox sevirəm. Bütün azarkeşlərə təşəkkürlərimi çatdırıram. Sizsiz futbol heçnədir. Xoşbəxtəm və "Akron"la yeni zirvələrə doğru irəliləməyə hazıram".

Nihat
 

Seçilən
33
fanat.az

1Mənbələr