Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova martın 11-də TbilisidəGürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətləsalamlayan Baş nazir İrakli Kobaxidze, dost və qonşu ölkələrimizarasında təmasların, qarşılıqlı səfərlərin mütəmadi hal almasındanməmnunluğunu bildirib. Baş nazir son bir il ərzində Azərbaycana üçsəfər etdiyini xatırladıb və bu səfərlərlə bağlı müsbəttəəssüratlarını bölüşüb.
O, Milli Məclis sədrinin bu səfərinin də ölkələrimiz vəparlamentlərimiz arasında əlaqələrin daha da genişlənəcəyinə töhfəverəcəyinə inamını ifadə edib.
Görüşdə Gürcüstan-Azərbaycan əlaqələrinin bütün istiqamətlərüzrə uğurla inkişaf etdiyi qeyd edilərək, bu münasibətlərinqarşılıqlı hörmət və etimada əsaslandığı və strateji tərəfdaşlıqsəviyyəsinə yüksəldiyi diqqətə çatdırılıb. Vurğulanıb ki,ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər xalqlarımızınəsrlər boyu davam edən dostluq əlaqələrinə söykənir. Xalqlarımızhəmişə mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar və buənənələr bu gün də davam edir.
Göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığınıbildirən spiker Sahibə Qafarova Azərbaycan Prezidenti İlhamƏliyevin səmimi salamlarını və ən xoş arzularını Gürcüstanın Başnazirinə çatdırıb.
Gürcüstanın Baş naziri səmimi fikirlərinə və salamlarına görəAzərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək,onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahişedib. O, ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurluinkişafının bir çox ölkələr üçün nümunə olduğunu söyləyib.
Söhbət zamanı qeyd olunub ki, ölkələrimiz arasında nümunəvisiyasi əlaqələr bütün digər sahələrdə, o cümlədən iqtisadi sferadauğurlu münasibətlərin təmin olunmasını şərtləndirib.Azərbaycan-Gürcüstan dostluğu və strateji tərəfdaşlığı böyük enerjivə nəqliyyat layihələrinin həyata keçirilməsinə də imkan yaradıbki, bu gün bu layihələr nəinki Cənubi Qafqazda, o cümlədən dahageniş regionda mühüm amilə çevrilib. Həmçinin mədəni-humanitarsahədə də həyata keçirilən əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
Spiker Sahibə Qafarova ölkələrimizin qanunverici orqanlarıarasında mövcud olan geniş əməkdaşlıq münasibətləri barədə Başnazirə məlumat verərək deyib ki, bu, onun Milli Məclisin sədri kimibu ölkəyə ikinci rəsmi səfəridir. Eyni zamanda, Gürcüstanparlamentinin sədri də Azərbaycana iki səfər edib. Bununla yanaşı,dostluq qruplarının üzvləri tərəfindən də qarşılıqlı səfərlərhəyata keçirilir.
Həmçinin parlamentlərimiz ikitərəfli formatla yanaşı, üçtərəfliformatda da əməkdaşlıq edirlər. O, beynəlxalq təşkilatlarda daəməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini diqqətəçatdırıb. Söhbət zamanı parlamentlərimiz arasında imzalananəməkdaşlıq haqqında memorandumun önəmi bir daha vurğulanıb və sənədyeni yol xəritəsi kimi qitmətləndirilib.
Görüşdə regionda mövcud olan vəziyyət barədə də fikir mübadiləsiaparılıb. Qeyd olunub ki, regionun gələcək inkişafı üçün daimi sülhvə sabitliyin təmin olunması vacibdir. Tərəflər həmçinin ikilistandartların, ölkələrə qarşı təzyiq cəhdlərinin, ədalətsiz vəqərəzli yanaşmaların yolverilməzliyini ifadə ediblər.