“Ermənistan bütün tələbləri uğurla və əzmlə icra edə bilsə, 45-47 il sonra Avropa Birliyinə üzv ola bilər”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Avropa İttifaqı və Ermənistan parlament ortaqlığı komitəsinin həmsədri Nils Uşakovs deyib.
O qeyd edib ki, Brüssel İrəvana yersiz vədlər vermək istəmir.
Ermənistan parlamentinin sədri Alen Simonyan isə ölkəsinin tələb olunan meyarları həvəslə icra edəcəyini diqqətə çatdırıb. Uşakovs Ermənistan üçün ilk real addımın Rusiya ilə ortaq üzvlüyün qaldığı təşkilatlardan çıxmaq olacağını bildirib.
Müstəqil Qərb analitiklərinin fikrincə, İrəvanın Birliyə üzvlük yolunda başlıca sosial əngəlləri postsovet bürokratiya sistemi, korrupsiya və köhnəlmiş tədris metodikası kimi faktorlardır.
Telegram kanalımız