ABŞ-da Cennifer Li Uilson adlı 48 yaşlı qadın 10 yaşlı Dakota Levi Stivensinin nalayiq hərəkət etdiyi üçün üzərinə oturaraq ölümünə səbəb olub.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, hadisədən sonra 48 yaşlı Uilson adam öldürmə ittihamı ilə məhkəmə qarşısına çıxıb.
Qadın məhkəmədə bildirib ki, uşaq evdən qaçaraq qonşunun evində tapılıb. Bundan sonra qadın uşağı cəzalandırmağı qərara alıb. Sonra o, uşağın üstündə oturub. Uşağın qışqırıqlarına məhəl qoymayan qadın beş dəqiqə sonra onun səsinin kəsildiyini görüb. Yenə onun öldüyünə inanmayıb. Amma həkimlər hadisə yerinə gələndə çox gec olub.
Məhkəmə buna görə, Uilsonu 6 il həbs cəzasına məhkum edib.
Vasif