Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa çempionatının birinci seçmə mərhələsindəki rəqibləri bəlli olub.
Arena.az xəbər verir ki, bu gün baş tutmuş püşkatmanın nəticəsinə əsasən yığmamız A qrupunda yer alıb.
Sahib Məmmədovun rəhbərlik etdiyi kollektiv turnirin B Liqasında Litva, İngiltərə və Belçika yığmaları ilə qarşılaşacaq.
Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Mariya şəhərində keçiriləcək.