AZ

Bu küçə sabah bağlı olacaq

Sabah saat 9:00-dan 23:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “Qafqazinfo”ya verilən məlumata görə, bu səbəbdən sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.   

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş edilir.

Seçilən
119
33
olke.az

10Mənbələr