AZ

“Mançester Yunayted” gənc futbolçu üçün 100 milyon verir

İngiltərənin “Mançester Yunayted” klubu gözünü “Portu”nun hücumçusuna dikib.

İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa klubu  Samu Aqehovanı transfer etmək istəyir. Transfer üçün tərəflər yayda danışıqlara start verəcək.

“Qırmızı şeytanlar” 20 yaşlı hücumçu üçün onun klubu ilə müqaviləsində nəzərdə tutulan 100 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Gənc futbolçu Portuqaliya təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
20
idmanxeber.az

1Mənbələr