AZ

Oruc zamanı düzgün yuxu rejimi necə olmalıdır?


SƏHİYYƏ MÜTƏXƏSSİSİ AÇIQLAYIR

Orucun gətirdiyi dəyişikliklər bədənimizin bioloji saatına təsir edir. Ramazanda normal olaraq adət etdiyimiz yemək-içmə rejimi və yuxu saatları fərqli bir ritm alır. İftar və sahur arasındakı müddət xüsusilə ilk bir neçə gün yuxu rejimimizi uyğunlaşdırmaqda çətin ola bilər. Bu ani dəyişikliklər gündüz saatlarında yorğunluq, yuxusuzluq kimi problemlərə səbəb ola bilər.

Bu sözləri sehiyye.gov.az saytına verdiyi müsahibədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Həkim onu da əlavə edib ki, tədqiqatlar oruc tutan insanların adi haldan təxminən bir saat, yarım az yatdığını sübut edib. Yuxunun kiçik hissələrə bölünməsi də yuxu keyfiyyətinə mənfi təsir göstərir. Bununla belə, bu problemləri həll etmək üçün praktik həllər mövcuddur. Mütəxəssislər Ramazan üçün xüsusi yuxu cədvəlinin yaradılmasının və gecələr ən azı dörd saat fasiləsiz yatmağın çox vacib olduğunu vurğulayırlar. Gecə tez yatmaq və iftardan sonra dincəlmək üçün vaxt ayırmaq bütün gecəni daha keyfiyyətli yuxu ilə təmin edə bilər, deyə terapevt Zakir Quliyev əlavə edib.

Seçilən
14
medicalmedia.az

1Mənbələr