AZ

Fransanın müdafiə naziri: “Ukraynanın silahsızlaşdırılması qəbuledilməzdir”

Ukrayna ordusu Ukrayna üçün “əsas təhlükəsizliyin təminatı” olaraq qalır və Paris “Ukrayna ordusunun istənilən silahsızlaşdırılmasına” qarşı çıxacaq.

Herbiand.az bildirir ki, bunu Fransanın müdafiə naziri Sebastyen Lecornyu Parisdə Müdafiə və Strategiya Forumunun açılışında deyib.

Parisdə keçirilən Forumda Avropa ölkələrinin baş qərargah rəislərinin görüşü baş tutacaq. Əsas mövzu Ukraynada potensial sülhməramlı əməliyyatda iştirakın müzakirə olunmasıdır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
8
herbiand.az

1Mənbələr