AZ

Pakistanda çox sayda insan olan qatar ələ keçirildi

“Bəlucistan Azadlıq Ordusu”nun silahlıları Pakistanda 450 sərnişini olan qatarı ələ keçirib.
Bolgə.tv xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
“Qatarda olan 450-dən çox sərnişin silahlılar tərəfindən girov götürülüb”, - Bəlucistan əyalətinin dəmiryol idarəsinin rəsmisi Məhəmməd kaşif deyib.
Yerli “Samaa” telekanalının məlumatına görə, silahlılar Kvettadan Peşavara gedən “Jaffar Express” qatarını atəşə tutublar. Qatarın maşinisti və bir neçə sərnişin yaralanıb.
Silahlılar Pakistandan hava hücumlarına son qoymağı tələb edirlər və hərbi əməliyyatlara başlayacağı təqdirdə girovları öldürəcəkləri ilə hədələyirlər
Seçilən
26
bolge.tv

1Mənbələr