AZ

Bu üç şirkət fəaliyyətini dayandırır

"Salyan-Servis", “Turan İnformasiya Agentliyi” və "Xazar Cable and Technologies" MMC-lər ləğv olunur.

Valyuta.az xəbər verir ki, "Salyan-Servis"in kreditorları iki ay ərzində tələblərini Salyan şəhəri, Salyan rayonu, Alçalı küçəsi, ev 1, mənzil 1 ünvanına bildirə bilərlər. Şirkət 2009-cu ildə 50 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əsədov Rasət Əkbər oğludur.

Agentliklə bağlı isə kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 186, mənzil 24 ünvanına bildirə bilərlər. 

Əliyev Mehman Yadulla oğluna məxsus şirkət 1997-ci ilin iyul ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5000 manat təşkil edir.

"Xazar Cable and Technologies"lə əlaqəli kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 88, mənzil 50 ünvanına bildirə bilərlər.

Şirkət 2019-cu ilin oktyabr ayında dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Əhədov Vasif Kamil oğludur. Nizamnamə kapitalı 1000 manatdır.

Maya Hüseynova

Seçilən
16
valyuta.az

1Mənbələr