AZ

Ermənistandan cinayətlərə haqq qazandıran, ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirən cəhdlərə son verilməsini tələb edirik - İcma

Bakı. Trend:

Məlum olduğu kimi, müharibə cinayətləri və insanlıq əleyhinəcinayət törətməkdə şübhəli bilinən bir qrup şəxs hal-hazırdaAzərbaycanda ədalət məhkəməsi qarşısına çıxarılıblar. Ermənistandövlətinin Azərbaycana qarşı həyata keçirdiyi sülhün pozulması vətəcavüzkar müharibə çərçivəsində törədilmiş bu cinayətlərnəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilmiş, yüz minlərləazərbaycanlı etnik təmizləməyə məruz qalmış, minlərlə azərbaycanlıişgəncə və məcburi itkin düşməyə məruz qoyulmuş, ictimai və şəxsimülkiyyətə kütləvi məbləğdə zərər vurulmuşdur.

Trend xəbərverir ki, bu barədə məlumat Qərbi Azərbaycan İcmasının bəyanatındaöz əksini tapıb.

"İnsan hüquqları və humanitar hüququn bu miqyasda pozulması vətörədilən misilsiz ədalətsizlik şübhəsiz ki, sülh və barışığın əldəedilməsinə ən böyük maneələrdən biri olmuşdur. Bu mənada,azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə, eləcə dəXocalı, Qaradağlı, Ağdaban və digər yerlərdə törədilmiş kütləviqətliamlara görə məsuliyyət daşıyanların bəzilərinin ədalətməhkəməsinin qarşısına çıxarılması haqq-ədalətin öz yerini tutumasıvə davamlı sülhün əldə olunmasına böyük töhfədir.

Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan Respublikasıhökuməti və ölkənin aparıcı siyasi qüvvələri bu haqq işinə dəstəkvermək və məhkəmə prosesinə yardım etmək əvəzinə, faktiki olaraqtörədilmiş cinayətlərə haqq qazandıran və cəzasızlığı təşviq edəncəhdlər edirlər. Bu məsələdə bir sıra Avropa dövlətlərininparlamentləri, beynəlxalq təşkilatlarda işləyən qeyri-dürüstfunksionerlər və digər siyasi dairələr də fəallıq göstərirlər.

Ermənistan tərəfindən törədilən etnik təmizləmə, qətliamlar,mədəni irsin dağıdılması, öz evlərinə qayıdışa maneə törədilməsikimi insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkən bir icma olaraq,biz Ermənistanın və onun havadarlarının bu cinayətlərə haqqqazandıran, ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirən,cəzasızlığı təşviq edən bu cəhdlərini sərt şəkildə qınayır vəonlara son verilməsini tələb edirik", - bəyanatda qeyd edilib.

Seçilən
8
13
az.trend.az

10Mənbələr