AZ

AFFA Ruslan Qurbanovun cəzasını azaltdı

style='margin-bottom:10px;'>

Azərbaycanın 2-ci liqa təmsilçisi  “Hypers Quba" klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilib.

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb

İntizam Komitəsinin Ruslan Qurbanov barəsində tətbiq etdiyi 4 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 2 oyunluq cəzanın şərti olaraq tətbiq edilməsinə qərar verilib. Futbolçuya üç aylıq sınaq müddəti təyin edilib. Sınaq müddətinin başlanğıcı 06 mart 2025-ci il tarixdən etibarən hesablanacaq. Quba təmsilçisinin 300 manatlı cərimə olunması ilə bağlı qərar isə qüvvədə saxlanılıb.

Xatırladaq ki, Azərbaycan millisinin sabiq üzvü "Şəmkir"lə matçda hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanmışdı.

 

Seçilən
18
3
teleqraf.com

4Mənbələr