AZ

İRƏVAN APRELDƏ MÜHARİBƏYƏ HAZIRLAŞIR? - Ermənistanın hərbi avantüraya hazırlığına dair sübutlar açıqlandı + VİDEO

“Rəsmi İrəvanın son hərəkətlərinin məntiqi – revanşist əhval-ruhiyyənin güclənməsi və sürətlə hərbiləşməsi göstərir ki, bölgə Ermənistanın təhriki ilə yeni bir müharibənin astanasındadır. Ermənistan artıq müharibəyə hazırlığını gizlətmir. Belə ki, ötən həftə hökumət iclasında 1 aprel - 13 iyun tarixlərində ehtiyatda olan hərbçilər üçün təlim toplanışlarının keçiriləcəyi elan edilib. Bu təlimlər rekord səviyyədə – 10 həftə davam edəcək ki, bu da standart hazırlıq müddətlərini əhəmiyyətli dərəcədə üstələyir”.

“AzPolitika” xəbər verir ki, bu barədə “Caliber”-də yayımlanan məqalədə bildirilir.

Nəşr yazır ki, etibarlı mənbələrdən daxil olan məlumatlara əsasən, İrəvan müharibəni aprel ayında başlatmağı planlaşdırır.

“Toplanmış faktlar və məlumatlar Ermənistanın sərhəddə təxribatlara və təcavüzə planlı şəkildə hazırlaşdığını göstərir. Bu da yeni eskalasiya təhlükəsini daha real edir. Biz artıq əvvəlki hesabatlarımızda Ermənistanın hərbi planlamasında "blitskriq" – yəni, sərhəd boyunca yaşayış məntəqələrinin ildırım sürətilə işğalı konsepsiyasının nəzərdən keçirildiyini bildirmişdik. Son aylarda Ermənistanın hərbi avantüraya hazırlığına dair sübutlar daha da aydın görünür”, - məqalədə deyilir.

Yazıda daha sonra deyilir ki, eskalasiya prosesində xüsusi rolu AB-nin rəsmi olaraq "müşahidə" kimi təqdim edilən, lakin tamamilə fərqli məqsədlərə xidmət edən missiyası oynayır: “Sərhəd boyunca kəşfiyyat fəaliyyətləri aktivləşdirilib - xüsusilə mümkün toqquşma bölgələrində. Avropalı "müşahidəçilər" sistemli şəkildə ərazini tədqiq edir, Azərbaycanın hərbi mövqelərini öyrənir, zəif nöqtələri müəyyənləşdirir. Əslində, monitorinq adı altında Ermənistan hərbi komandanlığına məlumat ötürülməsi baş verir ki, bu da neytrallıq prinsipinin kobud şəkildə pozulması deməkdir.

Seçilən
31
azpolitika.info

1Mənbələr