Goranboyda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim. Media-nın yerli bürosunun məlumata görə Gəncə-Goranboy-Tərtər-Ağdam yolunun rayon ərazisindən keçən hissəsində "VAZ "markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə maşın yolun kənarına aşıb. Qəza zamanı Kəlbəcər rayonu Zəylik kənd sakini 1977-ci il təvəllüdlü Əjdər Sadıqov bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriıib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma apararılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta