AZ

Brent markalı neftin bir barelinin qiyməti 69,2 dollar səviyyəsində sabitləşib

Neft qiymətləri çərşənbə axşamı investorlar arasında ümumi risk-off tendensiyası fonunda əvvəlki gün enişdən sonra stabilləşib.

Finss.az xəbər verir ki, Tickmill-in analitiki Cozef Dari The Wall Street Journal-a bildirib ki, treyderlər ABŞ prezidenti Donald Trampın ticarətlə bağlı addımlarının qlobal iqtisadi fəallığı yavaşlatacağından qorxurlar ki, bu da öz növbəsində neftə tələbi zəiflədəcək.

“Neft bazarı üçün qısamüddətli perspektiv aşağı yönlü olaraq qalır, çünki ticarət tariflərinin potensial təsiri ilə bağlı risklər investorların əhval-ruhiyyəsinə təsir etməkdə davam edir”.

Seçilən
28
fins.az

1Mənbələr