AZ

Trampın xüsusi elçisinin Moskvada Putin ilə mümkün görüşü ABŞ-də təsdiqlənməyib

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff bu həftə Moskva səfər etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin ilə görüş hələ təsdiqlənməyib.

S.Uitkoff Birləşmiş Ştatlar və Rusiya arasında dialoq qurmaq üçün Moskvaya gələn Trampın yeni administrasiyasının yüksək vəzifəli məmurlarından ilki olub.

Daha əvvəl “Axios” portalı Ağ Evdəki mənbələrə istinadən məlumat yaymışdı ki, S.Uitkoff martın 13-də Putin ilə danışıqlar üçün Moskvaya uça bilər.

Seçilən
76
report.az

1Mənbələr