AZ

Bakıda Azərbaycanla İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclası keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Bakıda Azərbaycanla İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi Amparo Lopez Senoviya ilə görüşdə "Azərbaycan İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb: "Sənədin icrası ikitərəfli biznes əlaqələrini genişləndirmək, investisiyaları artırmaq, texnologiya və bilik transferini, təcrübə mübadiləsini və birgə təşəbbüsləri təşviq etməklə əməkdaşlığı şaxələndirməyə töhfə verəcək".
Strateji İqtisadi Dialoqun iclasında İspaniya ilə ikitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlər haqqında müzakirələr aparılıb. Ölkələr arasında bərpaolunan enerji, sənayenin müxtəlif istiqamətləri, dövlət-özəl tərəfdaşlığı, iqlim məsələləri və digər sahələr üzrə tərəfdaşlıq imkanları nəzərdən keçirilib.
Yekunda tərəflər arasında Azərbaycan Respublikası və İspaniya Krallığı arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının Protokolu imzalanıb.
Seçilən
15
14
oxu.az

10Mənbələr