AZ

Moskvalılar Ukraynanın belə güclü hücum həyata keçirə biləcəyinə inana bilmirlər - Sky News

Moskva sakinləri bu gecə çox sayda Ukrayna pilotsuz təyyarəsinin Rusiya paytaxtına girə bilməsindən təəccübləniblər.

Herbiand.az bildirir ki, bu barədə Sky News-un Moskva müxbiri Ayvor Bennet məlumat verib.

“Bu, müharibə başlayandan bəri Ukraynanın Rusiya paytaxtına ən böyük pilotsuz təyyarə hücumu idi. Moskvalılar “şok və sürpriz qarışığı” ilə dolmuşdular”, - Bennett deyib.

Jurnalist bildirib ki, bir nəfər bu qədər pilotsuz təyyarənin buraxıldığına və bu qədər uzaq məsafəni qət edib gəlib çatdığına inana bilmir: “Digəri isə bunun bitməsini gözləyə bilmədiklərini, bu münaqişənin yekunlaşması üçün dua etdiklərini söyləyib”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
9
herbiand.az

1Mənbələr