AZ

Şimali Makedoniya Prezidenti ADA Universitetində tələbələrlə görüşüb

Bakı. Trend:

Şimali Makedoniya Respublikasının Prezidenti QordanaSilyanovska-Davkova martın 11-də ADA Universitetində tələbələrləgörüşüb.

Trend xəbərverir ki, Qordana Silyanovska-Davkova çıxışında iki ölkə arasındakıdostluq əlaqələrinin gücləndirilməsinin əhəmiyyətinivurğulayıb.

O, Azərbaycan və Şimali Makedoniya arasında geniş əməkdaşlıqpotensialının olduğunu qeyd edərək, xüsusilə təhsil, iqtisadiyyatvə mədəni sahələrdə əlaqələrin inkişafına diqqət çəkib.

Daha sonra Prezident regiondakı geosiyasi vəziyyət, ŞimaliMakedoniyanın beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlıfikirlərini bölüşüb. O, ölkəsinin Avropa ilə əlaqələrininmöhkəmləndirilməsinə dair atılan addımlardan danışıb vəAzərbaycanın beynəlxalq arenada artan rolunu yüksəkqiymətləndirib.

Görüş interaktiv şəkildə davam edib və Prezident QordanaSilyanovska-Davkova tələbələrin suallarını cavablandırıb.

Gənclərlə açıq dialoq aparan dövlət başçısı onların gələcəkplanları, təhsil imkanları və ikitərəfli münasibətlərinperspektivləri ilə maraqlanıb.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Seçilən
24
16
az.trend.az

10Mənbələr