Somalinin Beledveyn şəhərində yerli ağsaqqalların toplantısı zamanı “Əş-Şəbab” terrorçularının Kagira hotelinə hücumu nəticəsində ən azı 11 nəfər həlak olub.
Ölkə.az xəbər verir ki, bu barədə “Garowe Online” nəşri məlumat yayıb.
Məlumata görə, qurbanlar arasında ən böyük yerli klanlardan olan dörd ağsaqqal da var.
Qeyd edək ki, daha əvvəl “Reuters” dörd nəfərin öldüyünü bildirmişdi.
Hücum şahidinin sözlərinə görə, əvvəlcə partlayış, ardınca atışma və daha bir partlayış olub.
Onun sözlərinə görə, partlayışlar və atışma nəticəsində hotelin bir hissəsi dağıntılara çevrilib.
İlkin məlumata görə, hoteldə ictimai toplantı keçirilib, yerli ağsaqqallar və Somali Silahlı Qüvvələrinin nümayəndələri gəncləri “Əş-Şəbab”a qarşı döyüşlərdə iştirak etməyə çağırıblar.
Artıq hücuma görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.
Həmidə İbrahimova