AZ

Qanınızda bu maddələr az olsa, 100 yaşamayacaqsınız – İsveçli ALİMLƏRDƏN ARAŞDIRMA

Alimlər uzunömürlü insanların qanında bəzi biomarker fərqlərinin olduğunu müəyyən ediblər.

Avtosfer.az xəbər verir ki, Karolinska İnstitutunun tədqiqatçıları 44 min isveçli üzərində apardıqları araşdırmada 100 yaşına çatan şəxslərin qan analizlərini təhlil ediblər.

Araşdırmada iltihab, maddələr mübadiləsi, qaraciyər və böyrək funksiyaları ilə bağlı 12 biomarker incələnib. 35 il davam edən müşahidələrə əsasən, 100 yaşına çatan şəxslərin əksəriyyətində qan şəkəri, kreatinin və sidik turşusu səviyyələrinin daha aşağı olduğu müəyyən edilib.

Mütəxəssislərin fikrincə, qan şəkəri 6,5 mmol/L-dən, kreatinin səviyyəsi isə 125 minimol/L-dən yüksək olan şəxslərin 100 yaşına çatma ehtimalı daha azdır. Bundan əlavə, xolesterin və dəmir səviyyələri də uzunömürlülüklə əlaqələndirilib – bu maddələrin az olması 100 yaşa çatma ehtimalını aşağı salır.

Bəs sağlam yaşlanma üçün nə etmək lazımdır?

Tədqiqatçılar hesab edirlər ki, böyrək və qaraciyər funksiyalarını qorumaq, qan şəkəri və sidik turşusu səviyyələrini nəzarətdə saxlamaq sağlam yaşlanma üçün vacibdir. Həyat tərzi və qidalanma vərdişlərinin bu biomarker dəyərlərinə təsir etdiyi düşünülür.

Uzun və sağlam ömür üçün mütəxəssislər balanslı qidalanma, spirtli içkilərdən uzaq durmaq və mütəmadi sağlamlıq müayinələrindən keçməyi tövsiyə edirlər.

Eltac Zülfüqaroğlu

Seçilən
13
avtosfer.az

1Mənbələr