Qubada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ona bədənin bel və sağrı nahiyəsinin əziyi diaqnozu təyin edilib.
“Martın 11-i, saat 8:16-da Quba rayonunda baş verən yol qəzası nəticəsində xəsarət alan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Hazırda müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilən şəxsin yaxın günlərdə ambulator müalicəyə buraxılması nəzərdə tutulub”, – deyə məlumatda bildirilir.