AZ

"Hypers Guba"nın şikayəti qismən təmin edildi

II Liqada çıxış edən “Hypers Guba"nın apellyasiya şikayəti qismən təmin edilib.

Fanat.Az xəbər verir ki, məlumatı milli assosiasiyanın rəsmi saytı yayıb.

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin hücumçu Ruslan Qurbanova verdiyi 4 oyunluq cəzanı 2 matça endirib. Təcrübəli oyunçuya üç aylıq sınaq müddəti təyin edilib.

Qurbanov XIV turda "Şəmkir"lə görüşdə hakimi təhqir etdiyi üçün cəzalanmışdı. Quba təmsilçisi 300 manat cərimə olunmuşdu. İntizam Komitəsinin bu qərarı qüvvədə saxlanılıb.

Seçilən
26
3
fanat.az

5Mənbələr