"Trabzonspor"un yeni baş məşqçinin adına aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, komandaya Fatih Tekke başçılıq edəcək.
47 yaşlı mütəxəssislə 5 illik müqavilə imzalanıb. O, 1994-2000-ci və 2022-2026-cı illərdə futbolçu kimi "Trabzonspor"un şərəfini qoruyub. Hücum mövqeyində çıxış edən Fatih komandanın heyətində 165 oyunda 93 qol vurub.
Qeyd edək ki, Tekke məşqçi kimi "İstanbulspor", "Bursaspor", "Denizlispor" və"Alanyaspor" kimi klublarda fəaliyyət göstərib.
İdman.biz