Türkiyədə bələdiyyə tenderləri ilə terror qruplaşmasına maliyyə dəstəyi verildiyi iddiaları ilə bağlı başladılan istintaq çərçivəsində 32 şübhəli saxlanılıb.
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.
Belə ki, İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində məlum olub ki, İKOM-un (Ehtiyaclar Komitəsi) DHKP/C terror təşkilatı tərəfindən təşkilatların qurumlarının ehtiyaclarını qarşılamaq və təşkilat adına həyata keçiriləcək fəaliyyətlərə maliyyə dəstəyi vermək məqsədi ilə yaradılıb.