AZ

Tramp Kanada məhsullarına yeni tariflər tətbiq edib

ABŞ Prezidenti Donald Tramp Kanada məhsullarına yeni tariflər tətbiq edib...

APA xəbər verir ki, bu barədə Tramp “Truth Social”dakı hesabında yazıb.

Ağ Evin rəhbəri bildirib ki, yeni tariflər martın 12-dən qüvvəyə minəcək.

O, Ticarət Nazirliyinə indiyədək Kanadadan gətirilən məhsullara tətbiq olunan 25 faizlik gömrük rüsumlarını 50 faizədək artırmağı tapşırdığını açıqlayıb.

Trampın Kanadanın idxal tariflərinə qarşı tələbi

Donald Tramp indiyədək Kanadanın ABŞ-dən olan fermerlərə tətbiq etdiyi 250 faizlik idxal tarifinin 390 faizədək azaldılmasını tələb edib.

Tramp açıqlayıb ki, növbəti mərhələdə, daha dəqiq aprelin 2-dən etibarən Birləşmiş Ştatların ərazisinə daxil olacaq avtomobillərə görə müəyyənləşdirilən rüsumlar əhəmiyyətli dərəcədə artırılacaq.

Kanadanın ABŞ-yə qoşulması təklifi

ABŞ lideri rəsmi Vaşinqtonun Kanadaya ayrılan 200 milyard dollar həcmindəki subsidiyaların dayandırılacağının anonsunu verib və bildirib ki, bu ölkənin yeganə xilas yolu 51-ci ştat qismində Amerika Birləşmiş Ştatlarının tərkibinə qoşulmasıdır: “Bu, tariflərlə bağlı mövcud olan bütün problemləri həll edə və Kanadanın istər hərbi, istərsə də digər sahələrdə təhlükəsizliyini təmin edə bilər. Həmin addım dünyanın ən güclü dövləti olan Birləşmiş Ştatların daha əzəmətli dövlət olmasına şərait yaradacaq. Uzun illər əvvəl süni şəkildə həyata keçirilən parçalanma siyasəti də beləcə aradan qalxacaq. Kanadanın himni isə “nəhəng və əzəmətli dövlət” sətirləri ilə ifa olunacaq. Elə bir dövlət ki, dünya beləsini hələ görməyib!”

Poliqon.info

Seçilən
12
3
poliqon.info

4Mənbələr