Ukraynanın Qərb tərəfdaşlarından aldığı dördüncü nəsil F-16 qırıcıları lazımi uzaqmənzilli raketlərin olmaması səbəbindən Rusiyanın Su-35-ləri ilə dueldə rəqabət apara bilmir.
Herbiand.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Yuri İqnat məlumat verib.
“Bu gün partnyorlarımızdan əldə etdiyimiz F-16-lar hava döyüşlərində Su-35 ilə təkbətək rəqabət aparmaq üçün çox da yeni deyil”, - İqnat qeyd edib.
O əlavə edib ki, bununla bağlı dəfələrlə danışılıb, həmçinin ukraynalı pilotlar tərəfindən Hərbi Hava Qüvvələrinin gücləndirilməsinə kompleks yanaşmanın zəruriliyi müzakirə olunub.
Bəxtiyar CƏFƏRLİ