AZ

12 ildən sonra ilk dəfə - "İphone"larda böyük dəyişiklik olacaq

"Apple" 12 ildən sonra "iPhone"ların interfeysində inqilabi dəyişiklik etməyə hazırlaşır.Yeni proqram yeniləməsi ilə "iPhone", "iPad" və "Mac" cihazlarının görünüşü və idarəetmə sistemi tamamilə dəyişəcək.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, gələcək yeniləmə Vision Pro-nun proqram təminatına əsaslanacaq və ikonlara, menyulara, proqramlara, pəncərələrə və sistem düymələrinə yeni üslub gətirəcək. Bu dəyişiklik "Apple" cihazlarında vizual təcrübəni tamamilə yenidən formalaşdıracaq.

Bloomberg-in məlumatına görə, "Apple" bu yeniliklə istifadəçilərin cihazlarını daha asan idarə etməsini və naviqasiya prosesinin sadələşdirilməsini hədəfləyir. Yeniləmə süni intellekt funksiyalarına sahib yeni "iPad Air" və "MacBook Air"in təqdimatından qısa müddət sonra elan ediləcək.

"Apple"-ın yeni proqram təminatını iyun ayında Ümumdünya Yaradıcılar Konfransında (WWDC) təqdim edəcəyi gözlənilir. Bu dəyişikliklə birlikdə "Apple" cihazlarının interfeysinin uzun illər sonra köklü şəkildə yenilənməsi planlaşdırılır.

Fidan
Milli.Az

Seçilən
27
milli.az

1Mənbələr