AZ

Apache helikopterləri daha uzun məsafəli raketlər alıb

İraqda yerləşdirilən Amerikanın AH-64 Apache hücum helikopterləri İsrailin yeni Spike NLOS idarə olunan raketini qəbul edib.

Herbiand.az bildirir ki, müvafiq fotoşəkilləri The War Zone dərc edib.

“Görünür, ilk dəfədir ki, AH-64-lərə və belə silahlara malik ordu aktiv münaqişə zonasında yerləşdirilir”, - nəşrin müəllifləri qeyd ediblər.

2021-ci ildə keçirilən sınaq zamanı Apache yeni raketlə 32 km uzaqlıqdakı hədəfi uğurla vurub.

Müqayisə üçün qeyd edək ki, Rusiyanın Ka-52 helikopteri üçün nəzərdə tutulan “Vixr” raketinin uçuş məsafəsi təxminən 10 km-dir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
13
herbiand.az

1Mənbələr