AZ

Bu şirkət Gəncədə abadlıq işlərindən - 6,2 MİLYON QAZANACAQ

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Gəncə şəhəri, Əli Məmmədov küçəsində Ekoloji Park kompleksinin və onun ətrafında abadlıq işlərinin satınalınması (2-ci hissə)” tenderinin nəticələrini elan edib.

Nizamnamə kapitalı 1 manat olan şirkət - 6 MİLYONLUQ TENDER UDDU

FED.az xəbər verir ki, tenderin qalibi “Gəncə Körpü Tikinti-2” ASC (VÖEN: 2300214521) olub.

Qalib şirkətLI 6 189 463 manat məbləğində müqavilə imzalanıb. 

Sözügedən şirkət Gəncədə elan olunmuş yüksək məbləğli tenderlərin qaliblərindədir. Belə ki, 2019-cu ildənn günümüzədək toplamda 8 tender udub və həmin tenderlərdən nə az, nə çox 50 543 747,08 AZN qazanmağa nail olub. Tenderlərin əksəriyyəti, daha dəqiq desək 5-i Gəncədə yolların təmiri ilə bağlı olub. 

Qeyd edək ki, “Gəncə Körpü Tikinti-2” ASC 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 143 104 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhərrəm Zeynallı Aslan oğludur. Hüquqi ünvanı AZ1008, Bakı şəhəri Nərimanov rayonu, Əhmədbəy Ağa Oğlu, Ev 10a ünvanında yerləşir.

 

Seçilən
24
fed.az

1Mənbələr