Filippinin keçmiş prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında Manila hava limanında saxlanılıb.
Bu barədə prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Səhər saatlarında Filippin BCM-dən Dutertenin insanlığa qarşı cinayətlərdə ittiham olunaraq həbsə orderi aldığı bildirilir. Polis onu həyat yoldaşı ilə birlikdə Honq-Konqdan gələn kimi həbs edib.
“Keçmiş prezident və onun ətrafı sağlamdır və hökumət həkimləri tərəfindən müayinə olunub. <…> Hazırda o, həbsdədir”, - mətbuat xidməti Facebook sosial şəbəkəsindəbildirib.…>